Research Information Management System

Recent Additions
  • Some of the metrics are blocked by your 
    Publication
    DEMOKRATİK İDEYALARIN VƏ DÜNYA MƏDƏNİYYƏTLƏRİNİN TƏBLİĞİNDƏ ƏHMƏD BƏY AĞAOĞLUNUN ROLU
    (2024)
    Sevil Q.HƏSƏNOVA
    ;
    Qərənfil D.QULİYEVA
    Şərq xalqlarının milli-azadlıq hərəkatında və mədəni yüksəlişində çox görkəmli tarixi şəxsiyyətlərimiz olub. Onlardan biri də mütəfəkkir alim, publisist, jurnalist, ictimaisiyasi xadim Əhməd bəy Ağaoğludur. Onun yaradıcılığı bütün dövr üçün aktual və əhəmiyyətli hesab olunan çoxsaylı problemlərin şərhi baxımından xüsusi maraq kəsb edir. O, mübarizə və mücadiləsini qələmi, sözü ilə aparmışdır. Nəticədə yalnız Azərbaycanda deyil, Böyük Türk dünyasında həm istedadlı qələm əhli kimi, həm də ictimai-siyasi xadim kimi tanınmış və bu gün də hörmətlə yad edilir. Ə.Ağaoğlu yaradıcılığında demokratik, bəşəri ideyaların təbliği daha çox özünü büruzə verir. Müəllifin əsərlərində həm də Şərq-Qərb dixatomiyası, islam və müasirlik, türk tarixi yaddaşına qayıdış məsələləri də mühüm yer tutmaqdadır. Bu da Əhməd bəyin həm Şərq, həm də Qərb dünyasını, fəlsəfəsini, tarixini, mədəniyyətini çox yaxşı və geniş bilməsindən irəli gəlir. Əhməd bəy Ağaoğlunun yaradıcılığında Şərq-Qərb fəlsəfəsi və mədəniyyəti haqqında olan yazılar, əsərlər onu tez bir zamanda həm ədəbi, həm də siyasi mühitdə məşhurlaşdırmışdı. Müəllif bu məzmunda olan tədqiqatlarının əksəriyyətini Türkiyədə mühacirət həyatı yaşayarkən yazmışdır. Bu əsərlər müəllifin formalaşmış dünyagörüşünü, həyata baxışlarını ifadə edirdi. Müəllifin irəli sürdüyü fikirlərdə, düşüncələrdə demokratik ideyalar, Şərq-Qərb fəlsəfəsi, mədəniyyəti, tarixi mükəmməl şəkildə əks etdirilib. Təqdiqat zamanı Əhməd Ağaoğlunun əsərləri və onun irsini tədqiq edən müəlliflərin əsərləri də təhlil edilib və bu haqda onların fikir və mülahizələrinə yer verilib. Sonda belə nəticə əldə etmək olur ki, Ə.Ağaoğlunun yaradıcılığı, dünyagörüşü, fəlsəfi fikirləri hüquqi dövlət, azad cəmiyyət quruculuğunda mühüm rol oynadığı üçün bu gün də, sabah da aktualdır.
  • Some of the metrics are blocked by your 
    Publication
    POR-ROYAL QRAMMATİKASI MƏZMUN VƏ FORMA MÜNASİBƏTLƏRİ KONTEKSTİNDƏ
    (2024)
    Qismət Q.CƏFƏROV
    Por-Royal qrammatikası müəllifləri "nitq işarələri"nə məhz iki tərəfdən - "səslər və hərflər olaraq" və "onların mənaları" olaraq baxmağın mümkünlüyünü nəinki müəyyənləşdirmişlər, hətta öz "Ümumi qrammatika"larını buna müvafiq iki hissəyə ayırmışlar. Məqalədə istər Por-Royal qrammatikası, istərsə də bütövlükdə kartezian dilçiliyində səslənmə-məna qarşılaşdırılmasının konseptual səciyyəsindən bəhs olunur. Universallığı və rasionallığı rəhbər tutan por-royalçıların formadan çox məzmuna üstünlük vermələri, "səslənmə"nin məntiqə tabeliliyi prinsipinə dayanmaları tamamilə təbii idi. Tədqiqatın obyektini Por-Royal qrammatikası təşkil edir, məqsəd isə bu qrammatikada forma və məzmunun qarşılıqlı əlaqəsini araşdırmaqdır. Tədqiqatın nəticəsi göstərdi ki, "Ümumi qrammatika" dildə məzmun-forma münasibətlərini təhlil edərkən, bir tərəfdən, "səslənmə" ilə "məna"nın əlaqəsini əks etdirən konkret kateqoriyalara əsaslanırsa, digər tərəfdən, dil və təfəkkür (məntiq) arasındakı "dialoq"un təfərrüatlarına varmağa cəhd göstərir. Həmin marağın XX əsrin ortalarından etibarən N.Xomski qrammatikasında daha ardıcıl və daha miqyaslı şəkildə həyata keçirilərək xüsusi konseptual bir ideyaya çevrilməsi dil və təfəkkür münasibətləri haqqında elmin tarixində nəzəri-metodoloji səviyyədə sələf-xələflik əlaqələrinin göstəricisidir.
  • Some of the metrics are blocked by your 
    Publication
    AZƏRBAYCANDA KİTABXANA İŞİNİN TƏŞKİLİ VƏ İNKİŞAFINDA HEYDƏR ƏLİYEVİN ROLU
    (2025)
    Nigar N.İSMAYILOVA
    Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin istər sovet döv- ründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi zamanı kitabxana işinin inki- şafı üçün gördüyü işlərdən söz açılır. Onun kitaba və kitabxanalara qayğısı konkret faktla- rın dili ilə diqqətə çatdırılır. Kitabxana işinin hüquqi bazasının formalaşmasında ümummil- li liderin xidmətlərindən bəhs olunur.
  • Some of the metrics are blocked by your 
    Publication
    QIZILBAŞ TÜRKMANLARIN SƏFƏVİYYƏ TƏRİQƏTİNDƏKİ FƏALİYYƏTLƏRİ
    (2025)
    Günel Ə.RƏHİMLİ
    Səfəviyyə təriqəti şeyxlərinin siyasi hakimiyyət uğrunda apardıqları uzun mübarizənin uğurla nəticələnməsinin əsas səbəblərindən biri ona inanan qüvvələrin mövcudluğu olmuşdur. Şah İsmayıl kimi bir liderin rəhbərliyi və qızılbaş ideologiyasına sadiq qüvvələrin birliyi nəticəsində Səfəvilərin şeyxlikdən başlayaraq apardıqları mübarizə şahlığın qurulması ilə yekunlaşmışdır. Bu qələbədə xüsusi rol oynamış Qızılbaş türkman tayfalarının fəaliyyətinin araşdırılması isə Azərbaycan tarixinin az tədqiq edilmiş bir mövzusuna işıq salacaqdır. Məqaləmizdə Qızılbaş türkman tayfalarının fəaliyyəti, mənbələrin və tarixşünaslıq əsərlərinin analizi, təhlili və müqayisəsi əsasında tədqiq edilmişdir.
  • Some of the metrics are blocked by your 
    Publication
    TÜRKİYƏNİN CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ GÜRCÜSTANLA MƏDƏNİ VƏ HUMANİTAR ƏLAQƏLƏR: 2002–2021-CİİLLƏR ÜZRƏ TƏHLİL
    (2025)
    Hüseyn A.HÜSEYNLİ
    Məqalədə 2002–2021-ci illər ərzində Türkiyənin Gürcüstanla mədəni və humanitar əlaqələrinin inkişafı təhlil edilir. Türkiyənin bu müddət ərzində Cənubi Qafqazın strateji əhəmiyyətli ölkəsi olan Gürcüstanla mədəniyyət, təhsil və humanitar sahələrdə müxtəlif təşəbbüsləri vurğulanır. Xüsusilə türk dili, mədəniyyət və sənət sahəsindəki layihələr, iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinə, həmçinin regionda sabitlik və qarşılıqlı anlaşma mühitinin formalaşmasına töhfə vermişdir. Məqalədə bu əməkdaşlıqların təhsil sahəsindəki inkişafı, Gürcüstanda türk dili tədrisi, həmçinin Yunus Əmrə İnstitutunun və digər dövlət qurumlarının rolu araşdırılmaqla, həmçinin mədəni irsin qorunması sahəsindəki birgə layihələrə də toxunulur. Türkiyə ilə Gürcüstan arasında həyata keçirilən mədəniyyət və humanitar əməkdaşlıq, qarşılıqlı anlayışın artmasına və iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə əhəmiyyətli təsir göstərmişdir.
Most viewed
  • Some of the metrics are blocked by your 
    Publication
  • Some of the metrics are blocked by your 
    Person
  • Some of the metrics are blocked by your 
    Person
    Pasha Saatov
  • Some of the metrics are blocked by your 
    Publication
  • Some of the metrics are blocked by your 
    Publication
    Some properties of the pT regions observed at the LHC energies
    (2025-04-29)
    Mais Suleymanov
    The inclusive spectrum of the charged particles, [Formula: see text]0- and [Formula: see text]-mesons produced in the pp collisions at LHC energies were analyzed by fitting them with exponential functions. It was found the spectra were composed of several p[Formula: see text] regions, which could be characterized by the length of the regions [Formula: see text] and two free fitting parameters [Formula: see text] and [Formula: see text]. The study of the [Formula: see text] dependences of the parameters [Formula: see text] and [Formula: see text] and of the energy dependencies of the [Formula: see text], [Formula: see text] and [Formula: see text] showed that the regions can be classified into two groups depending on the values of the [Formula: see text], [Formula: see text] and [Formula: see text]. The values of the [Formula: see text] and [Formula: see text] for the first group don’t depend on colliding energy and the type of the particles (though the values of [Formula: see text] increase linearly with energy) whereas the characteristics in the second group of regions show strong dependencies. It was found that the ratio of the length for the [Formula: see text]-mesons to one for the [Formula: see text]0-mesons is approximately equal to the ratio of their mass: [Formula: see text]. Assuming that the values of the [Formula: see text] are directly proportional to the string tension the result could be considered as evidence in favor of parton string fragmentation dynamics. The increase in the lengths for the [Formula: see text]-mesons’ regions is accompanied by an increase of the values for the parameter [Formula: see text]. It can mean that the [Formula: see text]-mesons were produced at smaller values of [Formula: see text] compared with that for [Formula: see text]0-mesons. The results show that for the first group of regions the lengths of the regions are [Formula: see text]3–5 times greater than the lengths of neighboring, lower p[Formula: see text] regions. For the second group of regions the lengths of the regions are [Formula: see text]1–2 times greater than the lengths of neighboring lower p[Formula: see text] region. In the framework of the string fragmentation and hadronization dynamics, this could mean that the particles in the group [Formula: see text] of regions are produced through previous-generation strings decays into [Formula: see text]3–5 strings while those in group [Formula: see text] originate from previous-generation strings decays into [Formula: see text]2 strings.