Qismət Q.CƏFƏROV2026-05-282026-05-282024https://rims.khazar.org/handle/123456789/1104Por-Royal qrammatikası müəllifləri "nitq işarələri"nə məhz iki tərəfdən - "səslər və hərflər olaraq" və "onların mənaları" olaraq baxmağın mümkünlüyünü nəinki müəyyənləşdirmişlər, hətta öz "Ümumi qrammatika"larını buna müvafiq iki hissəyə ayırmışlar. Məqalədə istər Por-Royal qrammatikası, istərsə də bütövlükdə kartezian dilçiliyində səslənmə-məna qarşılaşdırılmasının konseptual səciyyəsindən bəhs olunur. Universallığı və rasionallığı rəhbər tutan por-royalçıların formadan çox məzmuna üstünlük vermələri, "səslənmə"nin məntiqə tabeliliyi prinsipinə dayanmaları tamamilə təbii idi. Tədqiqatın obyektini Por-Royal qrammatikası təşkil edir, məqsəd isə bu qrammatikada forma və məzmunun qarşılıqlı əlaqəsini araşdırmaqdır. Tədqiqatın nəticəsi göstərdi ki, "Ümumi qrammatika" dildə məzmun-forma münasibətlərini təhlil edərkən, bir tərəfdən, "səslənmə" ilə "məna"nın əlaqəsini əks etdirən konkret kateqoriyalara əsaslanırsa, digər tərəfdən, dil və təfəkkür (məntiq) arasındakı "dialoq"un təfərrüatlarına varmağa cəhd göstərir. Həmin marağın XX əsrin ortalarından etibarən N.Xomski qrammatikasında daha ardıcıl və daha miqyaslı şəkildə həyata keçirilərək xüsusi konseptual bir ideyaya çevrilməsi dil və təfəkkür münasibətləri haqqında elmin tarixində nəzəri-metodoloji səviyyədə sələf-xələflik əlaqələrinin göstəricisidir.otherPor-Royal qrammatikasıümumi-rasional qrammatikakartezian dilçiliyiN.Xomskitörədici qrammatikaPOR-ROYAL QRAMMATİKASI MƏZMUN VƏ FORMA MÜNASİBƏTLƏRİ KONTEKSTİNDƏTHE PORT-ROYAL GRAMMAR IN THE CONTEXT OF CONTENT AND FORM RELATIONStext::journal::journal article