Q. Sevinc2025-06-052025-06-052025-05-1210.48445/c1839-4509-4951-hhttps://rims.khazar.org/handle/123456789/269Məqalədə orta məktəblərdə inşa yazı işlərinin əhəmiyyətindən, onların təşkili və xüsusiyyətlərindən bəhs edilmişdir. İnşa yazıları şagirdlərin yazılı və şifahi nitq bacarıqlarını inkişaf etdirən səmərəli yazı növlərindən biridir. Mövzusuna görə bir neçə növə bölünür: rəy-inşalar, peyzaj, yaxud portretlərə həsr edilmiş inşalar və s. Məqalədə həmçinin inşa yazı növünə verilən tələblər də təqdim edilir. Belə ki, bu yazıları esse, ifadə və imla yazı növləri ilə həm birləşdirən, həm də ayıran cəhətlər mövcuddur. Tədqiqat işində yazıların ortaq və fərqli cəhətlərinə aydınlıq gətirilmişdir. Araşdırmanın yazılmasında təsviri, müşahidə və müqayisəli metodlardan istifadə edilmişdir.otherinşa yazılarınövbənzərlikfərqlilikxüsusiyyətİnşa yazılarının təşkili və xüsusiyyətlərijournal-article