Sevil Q.HƏSƏNOVAQərənfil D.QULİYEVA2026-05-282026-05-282024https://rims.khazar.org/handle/123456789/1105Şərq xalqlarının milli-azadlıq hərəkatında və mədəni yüksəlişində çox görkəmli tarixi şəxsiyyətlərimiz olub. Onlardan biri də mütəfəkkir alim, publisist, jurnalist, ictimaisiyasi xadim Əhməd bəy Ağaoğludur. Onun yaradıcılığı bütün dövr üçün aktual və əhəmiyyətli hesab olunan çoxsaylı problemlərin şərhi baxımından xüsusi maraq kəsb edir. O, mübarizə və mücadiləsini qələmi, sözü ilə aparmışdır. Nəticədə yalnız Azərbaycanda deyil, Böyük Türk dünyasında həm istedadlı qələm əhli kimi, həm də ictimai-siyasi xadim kimi tanınmış və bu gün də hörmətlə yad edilir. Ə.Ağaoğlu yaradıcılığında demokratik, bəşəri ideyaların təbliği daha çox özünü büruzə verir. Müəllifin əsərlərində həm də Şərq-Qərb dixatomiyası, islam və müasirlik, türk tarixi yaddaşına qayıdış məsələləri də mühüm yer tutmaqdadır. Bu da Əhməd bəyin həm Şərq, həm də Qərb dünyasını, fəlsəfəsini, tarixini, mədəniyyətini çox yaxşı və geniş bilməsindən irəli gəlir. Əhməd bəy Ağaoğlunun yaradıcılığında Şərq-Qərb fəlsəfəsi və mədəniyyəti haqqında olan yazılar, əsərlər onu tez bir zamanda həm ədəbi, həm də siyasi mühitdə məşhurlaşdırmışdı. Müəllif bu məzmunda olan tədqiqatlarının əksəriyyətini Türkiyədə mühacirət həyatı yaşayarkən yazmışdır. Bu əsərlər müəllifin formalaşmış dünyagörüşünü, həyata baxışlarını ifadə edirdi. Müəllifin irəli sürdüyü fikirlərdə, düşüncələrdə demokratik ideyalar, Şərq-Qərb fəlsəfəsi, mədəniyyəti, tarixi mükəmməl şəkildə əks etdirilib. Təqdiqat zamanı Əhməd Ağaoğlunun əsərləri və onun irsini tədqiq edən müəlliflərin əsərləri də təhlil edilib və bu haqda onların fikir və mülahizələrinə yer verilib. Sonda belə nəticə əldə etmək olur ki, Ə.Ağaoğlunun yaradıcılığı, dünyagörüşü, fəlsəfi fikirləri hüquqi dövlət, azad cəmiyyət quruculuğunda mühüm rol oynadığı üçün bu gün də, sabah da aktualdır.other: demokratik ideyalarƏhməd bəy Ağaoğlu irsiictimai-siyasi proseslərdünya mədəniyyətlərinə münasibətiDEMOKRATİK İDEYALARIN VƏ DÜNYA MƏDƏNİYYƏTLƏRİNİN TƏBLİĞİNDƏ ƏHMƏD BƏY AĞAOĞLUNUN ROLUTHE ROLE OF AHMED BEY AGAOGLU IN THE PROMOTIOH OF DEMOCRATIC IDEAS AND WORLD CULTUREStext::journal::journal article