Parviz Kazimi2025-04-292025-04-292025-04-29doi_________::7323657459e5ced4f1348692844b309dhttps://rims.khazar.org/handle/123456789/179<jats:p xml:lang="tr">Müasir informasiyalaşmış dünyada tarixi publisistika çox geniş və dərin ictimai təsirə malikdir. Bu, tarixi biliklərin yayılması, cəmiyyətin maarifləndirilməsi, tənqidi düşüncənin inkişafı və mədəniyyətlərarası dialoqun təşviqi baxımından əhəmiyyətli rol oynayır. Rəqəmsal texnologiyalar və sosial media bu təsiri daha da gücləndirir və tarixi publisistikanın cəmiyyət üzərindəki təsirini artırır. Müasir sosial kommunikasiyalardan istifadə tarixi publisistikanın təsirliliyini artırmaq üçün çox effektiv bir vasitədir. Sosial media və digər rəqəmsal platformalar tarixi məzmunun geniş auditoriyaya çatdırılmasına, interaktivliyin artırılmasına və məlumatın sürətlə yayılmasına imkan verir. Bu metodlar tarixi publisistikanın cəmiyyətdə daha geniş və dərin təsirə malik olmasını təmin edir. Kitabxana-informasiya fəaliyyətinin müasir təcrübəsindən irəli gələn nəticələr göstərir ki, tarixi publisistik materiallar, xüsusilə də multimediya materiallarının dövriyyəsi klassik tarixi əsərlərdən bəzən min, bəzən isə on min dəfə artıqdır. Eləcə də oxucu kontingentinin tərkibi də geniş və müxtəlifdir. Tarixi publisistikanın tarixi faktları və hadisələri manipulyasiya etmək üçün istifadə olunma ehtimalları haqqında müxtəlif fikirlər mövcuddur və bu da, bəzi mütəxəssislərin narahatlığına səbəb olur. Lakin, etiraf edilməlidir ki, tarixi faktlarlı, hadisələri interpritasiya və manipulyasiya etmək cəhdləri bürün hallarda mövcuddur. İlkin mənbələrin mötəbərliyi, elmi istinadların sayı bu kimi cəhdlərin qarşısını almır və ilkin mənbələrin də mötəbərlik səviyyəsi çox hallarda suallar yaradır. Bu yanaşma, tarixi publisistikanın cəmiyyətdə müsbət təsirini artırmağa və faktların təhrif olunmasının qarşısını almağa kömək edir.</jats:p>Kitabxana-İnformasiya Fəaliyyətində Tarixi Publisistik Materiallarin Təbligi Məsələləritext::journal::journal article::research article