K.T.ALOYEVA2026-05-302026-05-302015https://rims.khazar.org/handle/123456789/1143Məqalədə Azərbaycan şəraitində siyasi bloklaşma prosesinin ilk rüşeymlərinin meydana gəlməsi, siyasi sistemdə müxtəlif ideoloji əsaslara söykənən siyasi qüvvələrin irəli çıxması məsələləri tədqiq edilir. Azərbaycan Respublikasının siyasi sistemində bloklaşma prosesi bugünədək davam etməkdədir. Qeyd etmək lazımdır ki, Azərbaycanda siyasi bloklaşma prosesinin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, ölkədə demokratiyanın inkişafı kontekstində siyasi sistemdə perspektivdə olan müxtəlif partiyaların yaranması və çoxpartiyalı sistemin ilkin əsaslarının qoyulması vacib hadisələrdən idi. Çoxpartiyalı demokratiyanın əlamətlərindən olan siyasi qüvvələrin bloklaşması prosesinin Azərbaycan təcrübəsi, uğurları, perspektivlərinin təhlili ölkədə demokratiyanın inkişafının xarakterini müəyyən etməkdə əhəmiyyətli dərəcədə yardımçı ola bilər. Bu mənada sözügedən proseslərin təhlili vacib əhəmiyyətə malikdir.otherbloklaşmasiyasi partiyalarictimai hərəkatlarXalq CəbhəsidemokratiyaAZƏRBAYCAN RESPUBLİKASININ SİYASİ SİSTEMİNDƏ BLOKLAŞMA PROSESLƏRİNİN ÇOXPARTİYALI DEMOKRATİYANIN FORMALAŞMASINA TƏSİRİ MƏSƏLƏLƏRİTHE INFLUENCE OF THE PROCESSES OF BLOCKING ON THE FORMATION OF MULTI-PARTY DEMOCRACY IN THE POLITICAL SYSTEM OF AZERBAIJAN REPUBLICПРОБЛЕМА ВЛИЯНИЯ ПРОЦЕССОВ БЛОКИРОВАНИЯ НА ФОРМИРОВАНИЕ МНОГОПАРТИЙНОЙ ДЕМОКРАТИИ В ПОЛИТИЧЕСКОЙ СИСТЕМЕ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИtext::journal::journal article