Faculty of Information and Documentary Management
Permanent URI for this collectionhttps://rims.khazar.org/handle/123456789/91
Browse
Browsing Faculty of Information and Documentary Management by Author "Rashad Gardashov"
Now showing 1 - 1 of 1
- Results Per Page
- Sort Options
- Some of the metrics are blocked by yourconsent settings
Publication Kitabxana-İnformasiya Fəaliyyətinin Elmi Metodiki Təminatında Akademik Kitabxanaların Rolu(2025-04-29)Rashad Gardashovİnformasiya xidməti informasiya resursu və informasiya məhsulu ilə birbaşa bağlıdır. İnformasiya resursları dedikdə müxtəlif sənədlər, həmçinin informasiya sistemlərində toplanan sənəd axını başa düşülür. İnformasiya resurslarını təşkil edən sənədlərdə onları yaradan insanların bilikləri müxtəlif formalarda əks olunur. İnformasiya resursları insanlar tərəfindən hazırlanan, cəmiyyətdə sosial məqsədlərlə istifadə olunan və müxtəlif formada mövcud olan (ənənəvi və elektron) daşıyıcılar nəzərdə tutulur. Məqalə, müasir kitabxana-informasiya fəaliyyətində son illərdə baş verən mürəkkəb terminolojı, texnolojı və təcrübi problemlərin elmi şəkildə təsnifləşdirilməsi və mütəxəssislərə metodiki dəstəyin təşkili məqsədi daşıyır. Tədqiqatda Ali təhsil müəssisələrinin kitabxanalarının dünya təcrübəsi öyrənilir və Azərbaycanda fəaliyyət göstərən kitabxanaların təcrübəsi ilə müqayisə edilir. Kütləvi kitabxanaların praktik əhəmiyyətini nəzərə alaraq, BDU-nun elmi kitabxanası (Bakı Dövlət Universiteti), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi, Bakı Mühəndislik Universitetinin kitabxanası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Universitetinin kitabxanasının təcrübəsi təhlil edilir