Repository logo
  • English
  • Deutsch
  • Español
  • Français
Log In
Have you forgotten your password?
  1. Home
  2. Baku State University
  3. Academic Departments @ BSU
  4. Faculty of Journalism
  5. DEMOKRATİK İDEYALARIN VƏ DÜNYA MƏDƏNİYYƏTLƏRİNİN TƏBLİĞİNDƏ ƏHMƏD BƏY AĞAOĞLUNUN ROLU
 
  • Details

DEMOKRATİK İDEYALARIN VƏ DÜNYA MƏDƏNİYYƏTLƏRİNİN TƏBLİĞİNDƏ ƏHMƏD BƏY AĞAOĞLUNUN ROLU

Date Issued
2024
Author(s)
Sevil Q.HƏSƏNOVA
Baku State University
Qərənfil D.QULİYEVA
Baku State University
Abstract
Şərq xalqlarının milli-azadlıq hərəkatında və mədəni yüksəlişində çox görkəmli
tarixi şəxsiyyətlərimiz olub. Onlardan biri də mütəfəkkir alim, publisist, jurnalist, ictimaisiyasi xadim Əhməd bəy Ağaoğludur. Onun yaradıcılığı bütün dövr üçün aktual və əhəmiyyətli hesab olunan çoxsaylı problemlərin şərhi baxımından xüsusi maraq kəsb edir. O,
mübarizə və mücadiləsini qələmi, sözü ilə aparmışdır. Nəticədə yalnız Azərbaycanda deyil,
Böyük Türk dünyasında həm istedadlı qələm əhli kimi, həm də ictimai-siyasi xadim kimi tanınmış və bu gün də hörmətlə yad edilir. Ə.Ağaoğlu yaradıcılığında demokratik, bəşəri ideyaların təbliği daha çox özünü büruzə verir. Müəllifin əsərlərində həm də Şərq-Qərb dixatomiyası, islam və müasirlik, türk tarixi yaddaşına qayıdış məsələləri də mühüm yer tutmaqdadır. Bu da Əhməd bəyin həm Şərq, həm də Qərb dünyasını, fəlsəfəsini, tarixini, mədəniyyətini çox yaxşı və geniş bilməsindən irəli gəlir. Əhməd bəy Ağaoğlunun yaradıcılığında Şərq-Qərb fəlsəfəsi və mədəniyyəti haqqında olan yazılar, əsərlər onu tez bir
zamanda həm ədəbi, həm də siyasi mühitdə məşhurlaşdırmışdı. Müəllif bu məzmunda olan
tədqiqatlarının əksəriyyətini Türkiyədə mühacirət həyatı yaşayarkən yazmışdır. Bu əsərlər
müəllifin formalaşmış dünyagörüşünü, həyata baxışlarını ifadə edirdi. Müəllifin irəli sürdüyü fikirlərdə, düşüncələrdə demokratik ideyalar, Şərq-Qərb fəlsəfəsi, mədəniyyəti, tarixi
mükəmməl şəkildə əks etdirilib.
Təqdiqat zamanı Əhməd Ağaoğlunun əsərləri və onun irsini tədqiq edən müəlliflərin
əsərləri də təhlil edilib və bu haqda onların fikir və mülahizələrinə yer verilib. Sonda belə
nəticə əldə etmək olur ki, Ə.Ağaoğlunun yaradıcılığı, dünyagörüşü, fəlsəfi fikirləri hüquqi
dövlət, azad cəmiyyət quruculuğunda mühüm rol oynadığı üçün bu gün də, sabah da
aktualdır.
Subjects

: demokratik ideyalar...

Əhməd bəy Ağaoğlu irs...

ictimai-siyasi proses...

dünya mədəniyyətlərin...

File(s)
Loading...
Thumbnail Image
Name

72-83.pdf

Size

329.18 KB

Format

Adobe PDF

Checksum

(MD5):4f25146079d71e8b02eb00212cfbf47b

Deployed and maintained by Hafiz Muhammad Azeem Akram

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback