Repository logo
  • English
  • Deutsch
  • Español
  • Français
Log In
Have you forgotten your password?
  1. Home
  2. Baku State University
  3. Academic Departments @ BSU
  4. Faculty of Information and Documentary Management
  5. Kitabxana-İnformasiya Fəaliyyətində Tarixi Publisistik Materiallarin Təbligi Məsələləri
 
  • Details

Kitabxana-İnformasiya Fəaliyyətində Tarixi Publisistik Materiallarin Təbligi Məsələləri

Date Issued
2025-04-29
Author(s)
Parviz Kazimi
Abstract
<jats:p xml:lang="tr">Müasir informasiyalaşmış dünyada tarixi publisistika çox geniş və dərin ictimai təsirə malikdir. Bu, tarixi biliklərin yayılması, cəmiyyətin maarifləndirilməsi, tənqidi düşüncənin inkişafı və mədəniyyətlərarası dialoqun təşviqi baxımından əhəmiyyətli rol oynayır. Rəqəmsal texnologiyalar və sosial media bu təsiri daha da gücləndirir və tarixi publisistikanın cəmiyyət üzərindəki təsirini artırır. Müasir sosial kommunikasiyalardan istifadə tarixi publisistikanın təsirliliyini artırmaq üçün çox effektiv bir vasitədir. Sosial media və digər rəqəmsal platformalar tarixi məzmunun geniş auditoriyaya çatdırılmasına, interaktivliyin artırılmasına və məlumatın sürətlə yayılmasına imkan verir. Bu metodlar tarixi publisistikanın cəmiyyətdə daha geniş və dərin təsirə malik olmasını təmin edir. Kitabxana-informasiya fəaliyyətinin müasir təcrübəsindən irəli gələn nəticələr göstərir ki, tarixi publisistik materiallar, xüsusilə də multimediya materiallarının dövriyyəsi klassik tarixi əsərlərdən bəzən min, bəzən isə on min dəfə artıqdır. Eləcə də oxucu kontingentinin tərkibi də geniş və müxtəlifdir. Tarixi publisistikanın tarixi faktları və hadisələri manipulyasiya etmək üçün istifadə olunma ehtimalları haqqında müxtəlif fikirlər mövcuddur və bu da, bəzi mütəxəssislərin narahatlığına səbəb olur. Lakin, etiraf edilməlidir ki, tarixi faktlarlı, hadisələri interpritasiya və manipulyasiya etmək cəhdləri bürün hallarda mövcuddur. İlkin mənbələrin mötəbərliyi, elmi istinadların sayı bu kimi cəhdlərin qarşısını almır və ilkin mənbələrin də mötəbərlik səviyyəsi çox hallarda suallar yaradır. Bu yanaşma, tarixi publisistikanın cəmiyyətdə müsbət təsirini artırmağa və faktların təhrif olunmasının qarşısını almağa kömək edir.</jats:p>
File(s)
Loading...
Thumbnail Image
Name

Perviz Kazimi.pdf

Size

439.05 KB

Format

Adobe PDF

Checksum

(MD5):23d2f5c2e6d1a36622857cccaa25091e

Deployed and maintained by Hafiz Muhammad Azeem Akram

  • Privacy policy
  • End User Agreement
  • Send Feedback